"Barselona" Çempionlar Liqasında buraxılan qol sayına görə antirekorda imza atıb.
Oxu.Az xəbər verir ki, rəqib komandalar 2024/2025 mövsümündə Kataloniya təmsilçisinin qapısından 24 top keçiriblər.
Bundan əvvəl, "Barselona" 1999/2000 mövsümündə 23 qol buraxıb. 2001/2022 mövsümündə isə buraxılan qolların sayı 20-yə bərabər olub.
Qeyd edək ki, Hans-Diter Flikin komandası yarımfinalda iki oyunun nəticəsinə görə "İnter"ə ümumi hesabda 6:7 hesabı ilə uduzub.