“Barselona”nın yeni baş məşqçisi Ernesto Valverde Çinin “Quançjou Everqrand” klubunun braziliyalı yarımmüdafiəçisi Paulinyo ilə maraqlanır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Goal” portalı məlumat yayıb.
Məlumata əsasən, ispaniyalılar artıq Çin klubunun rəhbərliyi əlaqə qurublar.
Nəşr bildirir ki, “Barselona” Paulinyonu cari ilin yanvar ayından izləyir.
Qeyd edək ki, kataloniya təmsilçisi 2013-cü ildə Palulinyonu heyətinə qata bilərdi, lakin gecikdi, və nəticədə braziliyalı futbolçu “Tottenhem”in sıralarını doldurdu. Çin klubunda isə Paulinyo 2015-ci ildən çıxış edir.
S.B.
www.oxu.az