Suriyanın hökumət qoşunları aviasiya və artilleriyanın dəstəyi ilə Dəməşqin cənub-şərqində beş rayonu terrorçulardan azad edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə hərbi mənbəyə istinadən RİA “Novosti” agentliyi məlumat yayıb.
“Suriya ordusu Dəməşqin cənub-şərqində Bir Kaseb, Hürbət Kaseb, Tülyül ər-Ravabi, Sarihi və İrinba rayonları üzərində nəzarəti geri qaytarıb. Döyüşlər zamanı terrorçular ciddi itkilər veriblər, onların iki atəş mövqeyi məhv olunub”, - agentliyin sözçüsü bildirib.
Mənbənin sözlərinə görə, yaraqlılar külli miqdarda döyüş sursatı qoyub qaçıblar.
S.B.
www.oxu.az