“Barselona” futbol klubu oktyabrın 3-nə planlaşdırılmış tətildə iştirak edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə kataloniya klubunun rəsmi Twitter hesabında məlumat paylaşılıb.
““Barselona” FK tətil aksiyasına qoşulacaq. Sabah klub bağlı olacaq, heç bir komanda məşq etməyəcək”, - klubun bəyanatında deyilir.
Qeyd edək ki, bu gün təşkil edilən mitinqdə regionun ictimai təşkilatlarının liderləri insanları oktyabrın 3-də ümumxalq tətilə çıxmağa çağırıblar.
S.B.
www.oxu.az