“Barselona”nın futbolçuları klubun sabiq futbolçusu olmuş əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın xatirəsini məşqə başlamazdən əvvəl bir dəqiqəlik sükutla yad ediblər.
Bu barədə klubun rəsmi “Twitter” səhifəsində məlumat verilib.
Qeyd edək ki, D.Maradona 1982-1984-cü illər ərzində Kataloniya klubunun formasını geyinib və “Barselona” ilə İspaniya kubokunu qazanıb.
Qeyd edək ki, Dieqo Armando Maradona noyabrın 26-da 60 yaşında ürəktutmasından vəfat edib.
The minute's silence before training in memory of Maradona 🥺 pic.twitter.com/qIrwgLBqSE
— FC Barcelona (@FCBarcelona) November 27, 2020