Almaniyanın “Bayern” klubunun bosniyalı idman direktoru Həsən Salihəmiciç çempionatda əsas rəqibləri olan “Leypsiq”in mərkəz müdafiəçisi Dayo Üpamekanönün transferinin razılaşdırıldığını bildirib.
Münxen klubunun rəsmisi bunu “Bild” nəşrinə müsahibəsi zamanı bəyan edib.
“Bəli, mən bu xəbəri təsdiq edə bilərəm. Biz çox şadıq. Bir neçə ay ərzində Dayo və onun agenti ilə çox yaxşı, intensiv və peşəkar danışıqlarımız oldu”, - deyə Salihəmiciç bildirib.
Qeyd edək ki, 22 yaşlı Qvineya-Bisau mənşəli olan fransalı Dayo Üpamekanö ilə beş illik müqavilə imzalanacaq. Futbolçu üçün “Leypsiq”ə 42,5 milyon avro ödəniləcək.