Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Benzia "Qarabağ"ın növbəti təklifini rədd etdi
Yassin Benzia "Qarabağ"ı tərk etməyə hazırlaşır.
Oxu.Az Futbolinfo.az-a istinadla xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Ağdam klubu ilə yeni müqavilə məsələsində razılığa gələ bilmir.
Məlumata görə, Azərbaycan çempionu Əlcəzair millisinin üzvünə hazırkı məvacibindən yüksək əməkhaqqı təklif edib. Lakin Benzia bu dəfə də rədd cavabı verib. Səbəb isə oyunçunun daha yüksəksəviyyəli liqa sayılan Səudiyyə Ərəbistanında oynamaq şansının olmasıdır. Ərəb ölkəsindən gələn təklifləri dəyərləndirməklə məşğul olan pleymeykerin böyük ehtimalla yayda Azərbaycandan ayrılacağı yazılıb.
Qeyd edək ki, Benzia 2023-cü ilin əvvəlindən "Qarabağ"ın formasını geyinir. Onun Premyer Liqanın lideri ilə sözləşməsi mövsümün sonuna qədərdir.
"Futbol transfer xəbərləri" teqi üzrə xəbərlər
- Mahir Emreliyə SÜRPRİZ TƏKLİF
- Qurban Qurbanova hücum xətti üçün 14 futbolçu təklif olunub
- "Qalatasaray" klubu Lukas Torreyra ilə müqavilə müddətini uzatmaq istəyir
- İlkay Gündoğan "Mançester Siti"dəki gələcəyinə aydınlıq gətirdi
- Alvaro Moratanın həyat yoldaşı futbolçudan Türkiyədə qalmalarını xahiş edib