Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bolqarıstan futbolu yüksək liqasız qala bilər
Bolqarıstanda Birinci Liqada (ən yüksək liqa - red.) çıxış edən 9 futbol klubu borcları səbəbilə lisenziyalarını itirə bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Bolqarıstan Futbol Birliyinin prezidenti Georgi İvanov təşkilatın 12-ci qurultayında açıqlayıb.
"Cəmi 5-6 klub sabit vəziyyətdədir, qalanları iflasın astanasındadır. Birinci Liqadan 9 klub vergi borclarına görə lisenziyalarını itirə bilər. İkinci Liqada isə 6-7 klub oxşar vəziyyətdədir. Bolqarıstan futbolu yüksək səviyyəyə çıxmaq üçün lazımi maliyyə dəstəyinə malik deyil", - o qeyd edib.
Eyni zamanda, qurum prezidenti yeni sponsorlarla müqavilələrin imzalanmasını gözlədiyini vurğulayıb, ölkə hakimiyyətini futbolun inkişafına, xüsusilə uşaq idman məktəblərinin maliyyələşdirilməsinə və infrastrukturun inkişafına diqqət yetirməyə çağırıb.
"Futbol" teqi üzrə xəbərlər
- İtaliya A Seriyası: "Napoli" və "İnter" büdrədi - Çempionluq mübarizəsi son tura qaldı
- Ronaldunun oğlu Portuqaliya yığmasında debüt qolunu vurdu
- İspaniya La Liqası: "Real Madrid"dən qələbə, "Barselona" uduzdu
- Türkiyə Superliqası: "Qalatasaray" çempionluğu təmin etdi
- İngiltərə Premyer Liqası: "Arsenal"a qələbə üçün bir qol bəs etdi