Budapeşt hakimiyyəti “Olimpiya Oyunları-2024”ün keçirilməsinə ev sahibliyi etmək üçün müraciətini geri götürüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
“Olimpiya Oyunları-2024”ün paytaxtının seçimləri 2017-ci ilin sentyabr ayının 13-də Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında Limada müəyyən ediləcək.
Bundan sonra Oyunlara ev sahibliyi etməyə yalnız iki namizəd qalıb - Paris və Los-Anceles.
N.О.
www.oxu.az