“Lil” klubunun hücumçusu Burak Yılmaz Fransada gündəmdən düşmür.
Komandanın “Zaltsburq”la oyunu öncəsi türkiyəli futbolçu yenidən tənqid olunmağa başlayıb. Ötən mövsüm baxımlı oyunu ilə çempionata damğa vuran ulduz futbolçunun bu mövsüm çöküş yaşadığı qeyd olunur. Futbolçunun “Lil”dəki məşqçi dəyişikliyindən sonra performansının olduqca zəiflədiyi bildirilir.
Mənbə: Foot Mercato