"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Çexiyanın "Slaviya Praqa" komandasını qəbul edən Azərbaycan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
Matçda ilk qolu 49-cu dəqiqədə Kahim Parris vurub. 88-ci dəqiqədə isə Coy-Lens Mikels fərqlənərək yekun hesabı müəyyənləşdirib.
Bu qələbə "Sabah"ın Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsi olmaqla yanaşı, Azərbaycan təmsilçilərinin Çexiya klubları üzərində qazandığı ilk qələbə kimi də tarixə düşüb.
Xatırladaq ki, "Sabah" ilk matçında İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesabı ilə məğlub olub. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti oyununu oktyabrın 20-də Almaniyanın "Borussiya Dortmund" klubu ilə keçirəcək.
"Sabah" - "Slaviya Praqa" matçında ikinci qol vurulub.
Oxu.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən oyunda Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
Matçın 88-ci dəqiqəsində Coy-Lens Mikels fərqlənib.
"Sabah" və "Slaviya Praqa" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.
Oxu.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan təmsilçisi hesabı açıb.
49-cu dəqiqədə Kahim Parris fərqlənib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda "Sabah" və Çexiyanın "Slaviya Praqa" komandaları arasında oyun başlayıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və Çexiyanın "Slaviya Praqa" komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı start heyətləri ilə çıxacaqlar.
"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.
"Slaviya Praqa": Yakub Markoviç, David Zima, Anj Nqessan, Tomaş Holeş (k), Daniel Ştrum, Mixal Sadilek, David Mozes, Tomaş Vlçek, Emmanuel Ayaosi, Lukaş Provod, Tomaş Horıy.
"Sabah" futbol klubu bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, təmsilçimiz ikinci oyununda Çexiyanın "Slaviya Praqa" klubunu qəbul edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
II tur
13 oktyabr
Saat 20:45, "Sabah" - "Slaviya Praqa".