Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində təsnifat mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, "The FTX Crypto Cup"un üçüncü yarış günündə daha beş tur oynanılıb.
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov görüşlərindən bir qələbə, üç heç-heçə və bir məğlubiyyətlə ayrılaraq, 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.
Teymur Rəcəbov isə oyunlarından bir qələbə, iki heç-heçə və iki məğlubiyyətlə ayrılıb və 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə 34 yaşlı qrossmeysterin 1/4 finala vəsiqə qazanmasına imkan verib.
Çempionlar Turu
"The FTX Crypto Cup"
25 may
XI tur
Alan Piçot (Argentina) - Şəhriyar Məmmədyarov - 0:1
Aniş Qiri (Niderland) - Teymur Rəcəbov - 1:0
XII tur
Teymur Rəcəbov - Dinq Liren (Çin) - 1:0
Şəhriyar Məmmədyarov - Aniş Giri (Niderland) - 0,5:0,5
XIII tur
Dinq Liren (Çin) - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya) - Teymur Rəcəbov - 0,5:0,5
XIV tur
Teymur Rəcəbov - Daniil Dubov (Rusiya) - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5
XV tur
Daniil Dubov (Rusiya) - Şəhriyar Məmmədyarov - 1:0
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 1:0
Beləliklə, 1/4 finalda görüşəcəklər:
Fabiano Karuana (ABŞ) – Yan Nepomnyaşi (Rusiya)
Aniş Qiri (Niderland) – Teymur Rəcəbov (Azərbaycan)
Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç)
Maksim Vaşye-Laqrav (Fransa) – Uesli So (ABŞ)
Oyunlar 26-27 mayda keçiriləcək. 28-29 mayda yarımfinal, 30-31 mayda final qarşılaşmaları gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.
