Dünyaca məşhur argentinalı futbol ulduzu Lionel Messi karyerasını vətənində davam etdirə bilər.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, "Nyuells Old Boyz" əfsanəvi idmançını yenidən doğma klubuna gətirmək üçün ciddi səylər göstərir.
Qeyd olunur ki, məşhur oyunçunun Argentina təmsilçisinə dönüşü əvvəllər heç vaxt bu qədər real görünməyib. Klub onu 2027-ci ilin yanvar ayında öz sıralarına daxil etməyi planlaşdırır. Bununla belə, hücumçunun hazırkı komandası "İnter Mayami" ilə olan rəsmi müqaviləsinin müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədədir.
Qeyd edək ki, Messi 2000-ci ildə "Barselona"ya "Nyuells Old Boyz" klubundan keçib. O, adıçəkilən Argentina təmsilçisinin əsas komandasında indiyədək heç bir rəsmi matçda iştirak etməyib.