"Qalatasaray"ın Köhnün transferindən "Hannover 96"ya qalan 2.5 milyon avronu ödəmədiyi təqdirdə avrokuboklardan uzaqlaşdırıla biləcəyini iddia olunur.
Oxu.Az xəbər verir ki, Türkiyə mediası "sarı-qırmızılılar"ın ciddi böhranla üzləşdiyini və FIFA tərəfindən xəbərdarlıq aldığını bildirib.
"Qalatasaray"ın 2023-2024-cü il mövsümünün fasiləsində "Hannover 96"dan 3.5 milyon avroya heyətinə qatdığı Derrik Köhn "sarı-qırmızılılar"ın probleminə səbəb olub. "Qalatasaray"ın Qabriel Saranın transferi üçün 18 milyon avro ödəyəcəyindən xəbərdar olan "Hannover 96" rəhbərliyi qəzəblənib. Daha sonra isə Türkiyə klubundan FIFA-ya şikayət olunub.
"Qalatasaray" rəhbərliyi futbolçunun ödənişini ən qısa müddətdə etməyəcəkləri təqdirdə avrokuboklardan kənarlaşdırılma təhlükəsi ilə üzləşəcək.
Rəylər