Yaponiyada keçirilən qadın voleybolu üzrə dünya çempionatında millimizin ikinci qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, yığmamız növbəti mərhələdə Rusiya, İtaliya, Çin, ABŞ, Tailand, Türkiyə və Bolqarıstanla eyni qrupda mübarizə aparacaq.
Digər qrupda Serbiya, Braziliya, Dominikan, Puerto Riko, Niderland, Yaponiya, Almaniya və Meksika yarışacaq. Qrupda ilk üç yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq. II mərhələnin oyunları oktyabrın 7-də başlayacaq.
Qeyd edək ki, millimiz artı ilk mərhələdə Rusiya, ABŞ və Tailandla mübarizə aparıb və hər üç komandaya uduzub.
13:59
Yaponiyada qadın voleybolçular arasında təşkil olunan dünya çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, C qrupunda mübarizə aparan Azərbaycan millisi qrupun son görüşündə Tailandla üz-üzə gəlib.
Bu qarşılaşma yalnız turnir cədvəlindəki mövqe baxımından önəm daşıyırdı. Çünki buna qədər IV pillədə qərarlaşan yığmamız növbəti qrup mərhələsinə vəsiqəni təmin etmişdi.
Həmçinin Tailandın da mübarizəni davam etdirəcəyi dəqiq idi. Sadəcə, Faiq Qarayevin yetirmələri özlərindən bir pillə irəlidə olan rəqibi üstələmək niyyətində idi. Lakin bunun öhdəsindən gəlmək mümkün olmayıb.
Belə ki, millimiz 1:3 (22:25, 25:15, 19:25, 17:25) hesabı ilə məğlub olub. Millimizin hücumçusu Polina Rəhimova yenə hamıdan dəqiq oynayıb – 25 xal.
Qrupun digər görüşündə Cənubi Koreya autsayder Trinidad və Tobaqonu 3:0 məğlub edib. Bununla da komandamız altı xalla ilkin qrup mərhələsini IV yerdə tamamlayıb. Millimiz və Tailandla yanaşı, C qrupundan Rusiya və ABŞ mübarizəni növbəti qrup mərhələsində davam etdirəcək.
Səbuhi MUSAYEV
www.oxu.az