Futbol üzrə dünya çempionatında A qrupunda daha bir oyun keçirilib.
Oxu.Az xəbər verir ki, Cənubi Koreya və Çexiya yığmaları arasında keçirilən qarşılaşma asiyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada bütün qollar ikinci hissədə vurulub. Oyunun 59-cu dəqiqəsində 0:1 hesabı ilə geri düşən Cənubi Koreya yığması 67 və 80-ci dəqiqələrdə vurduğu qollarla qələbəyə sevinib.
Qeyd edək ki, A qrupunun ilk oyununda Meksika və CAR yığmaları üz-üzə gəlib. Bu oyun Meksika komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qaynar xətt:
(055) 224 12 12