“Yuventus”un hücumçusu Paulo Dibalanın karyerasını İtaliyada davam etdirməsi sual altındadır.
Mənbə iddia edir ki, Turin klubu argentinalı hücumçu ilə müqaviləni uzatmağı məqsədəuyğun hesab etmir.
“Qoca sinyora”nın rəhbərliyi yalnız maaşın azaldılması şərti ilə argentinalı ilə danışıqların baş tutmasını planlaşdırıbmış.
Qeyd edək ki, 28 yaşlı Paulo Dibala ilə “Barselona” və “Atletiko” (Madrid) maraqlanır.
Mənbə: Calciomercato