UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo Kiyev" Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, Ukrayna təmsilçisi Bakıya çatdıqdan sonra sosial media hesabında səfərlə bağlı paylaşım edib.
Paylaşımda Azərbaycan musiqisinin məşhur nümunələrindən olan "Tərəkəmə" mahnısından istifadə olunması diqqət çəkib.
Qeyd edək ki, "Dinamo Kiyev"lə "Qarabağ" arasında ilk qarşılaşma Polşada baş tutub və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasındakı cavab görüşü avqustun 13-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.