Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dünya Çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 81 kq çəki dərəcəsində Zelim Tçkayev tatamiyə çıxacaq.
25 yaşlı idmançı ilk raundda İtaliya təmsilçisi Antonio Espozitonun mübarizədən kənarlaşdırmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Ötən gün Hidayət Heydərov (73 kq) dünya çempionu olub.
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)" teqi üzrə xəbərlər
- BƏƏ qanunların hazırlanmasını süni intellektə həvalə etməyə hazırlaşır
- Əsədin Suriyadan 500 min dollar pul və qiymətli əşyaları necə apardığı məlum oldu
- BƏƏ-də ravvinin qətlində təqsirli bilinən üç nəfər ölüm cəzasına məhkum edildi
- Əbu-Dabidəki ən böyük akvaparkda güclü yanğın olub
- Ağ Ev: "BƏƏ ABŞ iqtisadiyyatına 1,4 trilyon dollar yatıracaq"
Ən çox oxunanlar