Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında azərbaycanlı yunan-Roma güləşçisi Elmir Çərkəzov (60 kq) 1/2 final görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o iranlı Əmirreza Səid Təhmasbpurmərzuni ilə qarşılaşıb.
Qarşılaşma rəqibin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, o final qarşılaşmasına qədər Nurali Askeri (Qazaxıstan), Kristiano Libtsaytı (Almaniya), Raman Şarkounu (Belarus) məğlub etmişdi.
Xatırladaq ki, buna qədər iki təmsilçimiz - Əli Cavadlı (45 kq) və Abdulrəhman Hüseynli (51 kq) finala çıxmağı bacarmışdı.
Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi Elmir Çərkəzov (60 kq) 1/4 final görüşünə çıxıb.
Oxu.Az xəbər verir ki, o, belaruslu Raman Şarkou ilə üz-üzə gəlib.
Matç təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Elmir Çərkəzov yarımfinala vəsiqə qazanıb.
O, daha əvvəl Nurali Askerdən (Qazaxıstan) və alman Kristiano Libtsaytdan üstün olub.
Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi Elmir Çərkəzov (60 kq) 1/8 final görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, ikinci görüşündə almaniyalı Kristiano Libtsayt ilə qarşılaşıb.
Matç 1:1 hesabı ilə başa çatsa da, ilk xalı Azərbaycan təmsilçisi qazandığına görə qalib tərəf olub və 1/4 finala yüksəlib.
Qeyd edək ki, E.Çərkəzov ilk görüşündə Qazaxıstandan olan rəqibi Nurali Askeri (2:0) məğlub etmişdi.
Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi Elmir Çərkəzov (60 kq) ilk görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, o, təsnifat mərhələsində Qazaxıstandan olan rəqibi Nurali Askerlə qarşılaşıb.
Görüş E.Çərkəzovun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, daha əvvəl 45 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Cavadlı ilk görüşünü qələbə ilə başa vurmuşdu.
Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirir. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.