Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dünya çempionatında uğurlu nəticəyə imza atan güləşçilərimiz Azərbaycana qayıdıblar
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatında 1 qızıl, 2 gümüş və 1 bürünc medalla komanda hesabında 3-cü yeri tutan sərbəst güləş üzrə Azərbaycan milli komandası Vətənə dönüb.
Oxu.Az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub.
Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, milli komandanın tərkibində Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (57 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov
Rəylər