Tbilisidə ağır atletika üzrə Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, çərşənbə axşamı kişilər arasında 77 kq-dək çəki kateqoriyası üzrə medallar oynanılıb.
Burada azərbaycanlı ştanqist Əfqan Bayramov təkanla 192 kq qaldıraraq, ayrı-ayrı çıxışlar üçün verilən kişik qızılın sahibi olub.
Lakin təəssüf ki, Əfqan birdən qaldırmada uğursuz çıxış edib – cəmi 141 kq – və iki çıxışın yekunu üzrə 7-ci yeri tutub.
Bu çəki kateqoriyasında Avropa çempionu isə erməni Tiqran Martirosyan (351 kq) olub. O, rusiyalı Viktor Hetsi qabaqlayıb. 3-cü yeri digər erməni – Andranik Karapetyan (350 kq).
F.H.
www.oxu.az