Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, ilk görüş günündə iki qarşılaşma keçirilib.
Ötən ilin finalçıları “Atletiko” və “Real” Madrid üz-üzə gəlib. Meydan sahibləri rəqib qarşısında aciz qalıb. Belə ki, "Atletiko" derbi oyununda qolsuz heç-heçəyə razılaşıb.
Günün digər matçı İtaliyanın Turin şəhərində keçirilib. Yuventus" doğma meydanda "Monako"nu qəbul edib. İlk hissəsində qol olmayan qarşılaşmanın taleyini 11 metrlik cərimə zərbəsindən bir top həll edib.
Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşmaları aprelin 22-də baş tutacaq.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
14 aprel
“Atletiko” (İspaniya) – “Real” (İspaniya) - 0:0
Baş hakim: Milorad Majiç (Serbiya)
Madrid. “Visente Kalderon” stadionu
“Yuventus” (İtaliya) – “Monako” (Fransa) - 1:0
Qol: Arturo Vidal, 57 (pen.);
Baş hakim: Pavel Kralovets (Çexiya)
Turin. “Yuventus” stadionu
E.Ə.
www.oxu.az