"Dünya çempionatında qızıl medal qazanmaq istəyirdim".
Oxu.Az-ın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında U17 dünya çempionatında bürünc medal qazanan Elmir Çərkəzov (60 kq) deyib.
O, məşqçilərinə təşəkkür edib.
"Çox şükür ki, medalsız qalmadım. İnşallah, bu, son deyil. Komandamızda hər şey qaydasındadır, sadəcə qızıl medal qazanmaq qismət olmadı".
Qaynar xətt:
(055) 224 12 12