"Neftçi" daha bir transferə imza atıb.
Oxu.Az goal.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Emin Mahmudovla mövsümün sonunadək müqavilə bağlanıb. 25 yaşlı futbolçu 8 nömrəli formanı geyinəcək. Rusiyanın "Saturn" klubunun yetirməsi olan Emin Mahmudovun sonuncu klubu "Boavişta" (Portuqaliya) olub. O, Azərbaycan milli komandasının üzvüdür.