“Fənərbağça” növbəti transferini reallaşdırıb.
Oxu.Az Goal.az-a istinadən xəbər verir ki, Çili millisinin müdafiəçisi Maurisio İsla “sarı lacivərdlilər”lə 3 illik müqavilə imzalayıb.
29 yaşlı futbolçu yeni klubunda 2 nömrəli formanı geyinəcək. İsla ötən mövsüm “Cagliari”nin heyətində meydana çıxdığı 34 qarşılaşma 1 qolla yadda qalıb. Qeyd edək ki, “Fənərbağça” ondan əvvəl Nabil Dirar və Matye Valbuenanı da transfer etmişdi.
S.S.
www.oxu.az