Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Fernandu Santuş: "Azərbaycan Avropanın ən yaxşı 20 ölkəsindən biridir"
"Haiti millisinə qalib gəlmək istəyirik".
Oxu.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Haiti yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.
"Meydana çıxacaq futbolçuları müəyyənləşdirmişəm. Təbii ki, heyəti burada söyləyə bilməyəcəyəm. Keyfiyyətli futbolçulardan təşkil olunmuş yığmaya qarşı çıxış edəcəyik. Rəqibin son beş-altı oyununu izləyib, analiz etmişik. Məşqlərdə onların oyun üslublarına qarşı hazırlaşmışıq. Rəqib daha çox hücum futboluna önəm verir. Haiti top itkisindən sonra toparlanıb, yenidən hücuma çıxmağa çalışan bir yığmadır. Məşqlərimiz yüksək səviyyədə keçib. Haiti millisinə qalib gəlmək istəyirik. Düzdür, bu görüş bizə hər hansı xal qazandırmayacaq. Lakin yığma olaraq uduzmaq istəmirik", - Santuş bildirib.
O, Azərbaycan xalqını Novruz bayramını münasibətilə də təbrik edib.
"Onu deyə bilərəm ki, Azərbaycan Avropanın ən yaxşı 20 ölkəsindən biridir", - deyə millinin baş məşqçisi əlavə edib.
Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan - Haiti görüşü saat 21:45-də başlayacaq.
Anar Həsənov
"Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu" teqi üzrə xəbərlər
- Fernandu Santuş: "Əsas fiziki güc deyil"
- Bəhlul Mustafazadə: "Milliyə dəvət olunan yeni futbolçulara dəstək olmağa çalışırıq"
- Haiti millisi Azərbaycanla yoldaşlıq görüşünə 15 yaşlı futbolçu gətirib
- Azərbaycan millisinin kapitanı bəlli olub
- Azərbaycan millisinin yoldaşlıq görüşləri üçün heyəti açıqlandı - Birinci liqadan oyunçu çağırdı