Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ukraynada Petro Poroşenkonun mühafizəçisi saxlanılıb
Ukrayna Dövlət Təhqiqat Bürosunun (DTB) əməkdaşları sabiq prezident Petro Poroşenkonun mühafizəçisi olmuş şəxsi saxlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə sabiq prezident Petro Poroşenkonun rəhbərlik etdiyi "Avropa həmrəyliyi" partiyasının üzvü Sofiya Fedina öz "Telegram" kanalında məlumat verib.
O qeyd edib ki, saxlanılan şəxs prezidentin mühafizəsinə rəhbərlik edən general Yuri Fedorovun tabeliyində olub.
"Avropa həmrəyliyi" partiyası həbsi siyasi təzyiq kimi qiymətləndirib.
"Petro Poroşenko" teqi üzrə xəbərlər
Ən çox oxunanlar