Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ Zelenskinin potensial varisləri kimi kimləri görür?
ABŞ hakimiyyəti Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və keçmiş baş nazir Yuliya Timoşenkonu Volodimir Zelenskinin yerinə mümkün namizədlər kimi nəzərdən keçirir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Almaniyanın "Bild" nəşri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Con Brennana istinadən məlumat verib.
Brennanın sözlərinə görə, ABŞ kəşfiyyatı Ukraynanı Vaşinqtona tabe etməyə cəhd üçün siyasi məqsədlər səbəbindən fəaliyyətini dayandırıb.
"Təxminən 35 illik fəaliyyətim dövründə belə bir şey görməmişdim", - deyə o etiraf edib.
Qeyd olunub ki, ABŞ hökumətinin dörd nümayəndəsi Poroşenko və Timoşenko ilə əlaqə saxlayıb. Onlardan başqa, Zelenskinin əvəzləyicisi kimi, həmçinin Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı da nəzərdən keçirilir.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ-də Hollivud ulduzuna silah verməkdən imtina edən nazirlik əməkdaşı işdən qovulub
- ABŞ kanadalıları qeydiyyatdan keçməyə məcbur edəcək
- Ukrayna ABŞ-nin atəşkəs təklifini qəbul edib
- Tramp Kanada məhsullarına yeni tariflər tətbiq edib
- Baydenin dövründə ABŞ büdcəsi nə qədər itirib? - İlon Mask böyük məbləğ AÇIQLADI