Misli Premyer Liqasının I turunun "Sumqayıt" - "Neftçi" görüşü Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisi məlumat yayıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə I turda baş tutacaq "Sumqayıt" - "Neftçi" qarşılaşmasının digər stadionda keçirilməsinə qərar verilib.
Qeyd edək ki, Premyer Liqanın 2026/27 mövsümünə avqustun 14-də start veriləcək.
Qaynar xətt:
(055) 224 12 12