FİFA növbəti dünya çempionatında videotəkrar texnologiyasından istifadə etməyə hazırlaşır.
Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino açıqlama verib.
O bildirib ki, ilk olaraq texnologiyadan Konfederasiyalar kubokunun oyunlarında istifadə etməyi planlaşdırılır.
Qeyd edək ki, daha əvvəl İngiltərə Futbol Federasiyası ölkə kubokunun matçlarında bu vasitədən istifadə edəcəklərini açıqlamışdı.
S.B.
www.oxu.az