Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Fiorentina"nın huşunu itirən yarımmüdafiəçisinə İtaliyada oynamaq qadağan edilə bilər
"Fiorentina"nın yarımmüdafiəçisi Edoardo Boveyə İtaliyada futbol oynamaq qadağan oluna bilər.
Oxu.Az "La Nazione"yə istinadən xəbər verir ki, həkimlər italiyalı futbolçunun mümkün ürək patologiyasını müəyyən etmək üçün genetik testlər keçirməyi planlaşdırırlar. Həkimlər Bovenin ürək problemlərinin anadangəlmə aritmogen kardiomiopatiyaya səbəb ola biləcəyini irəli sürürlər. Diaqnoz təsdiqlənərsə, yarımmüdafiəçiyə kardioverter-defibrilyator implantasiyası gərək olacaq.
A Seriyasının reqlamentində futbolçuların kardiostimulyatorla oynamasını qadağan edən bənd var. Bu da 22 yaşlı futbolçunun ən yaxşı halda ölkə xaricinə üz tutmasına səbəb ola bilər.
2021-ci ildə Avropa çempionatı matçında ürəktutması keçirən Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen də oxşar vəziyyətlə üzləşib. Hadisədən sonra futbolçuya kardioverter-defibrilyator quraşdırılıb və bu səbəbdən o, "İnter"lə müqaviləsini pozmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Bove bazar günü A Seriyasının 14-cü turunun "İnter"lə oyununda huşunu itirib. Həkimlərin müdaxiləsindən sonra səhhətindəki problem nisbətən aradan qalxıb. O, hazırda xəstəxanada həkim nəzarətindədir.
Bu mövsüm Bove "Fiorentina"nın heyətində 14 oyun keçirib, bir qol vurub və dörd məhsuldar ötürmə edib.
"Fiorentina" teqi üzrə xəbərlər
- A Seriyası: "Napoli" "Fiorentina"nı məğlub edərək zirvəyə yüksəldi
- İtaliya A Seriyası: "Yuventus" "Fiorentina" ilə bacarmadı
- Səfər oyunlarında ən uzun müddət qol buraxmayan klublar bəlli olub
- İtaliya A seriyasının oyununda huşunu itirən futbolçunun son durumu bəlli oldu
- Fiorentina-İnter oyunu təxirə salındı: Futbolçunun matç zamanı ürəyi getdi
Rəylər