Millimizin futbolçusu Dmitri Nəzərov Almaniya Bundesliqasında çıxış edən “Herta” klubuna qol vurub.
Oxu.Az xəbər verir ki, “Ertsqebirqe” klubunun formasını geyinən futbolçumuz növbəti mövsümə hazırlıq çərçivəsində yoxlama oyununda iştirak edib.
2-ci Bundesliqa komandası Almaniyanın elita təmsilçisi “Herta”nı 4:1 hesabı ilə məğlub edib. Start heyətdə meydana çıxan D.Nəzərov 41-ci dəqiqədə möhtəşəm qol vurub. O, 62-ci dəqiqədə əvəzlənib.
Səbuhi Musayev