Türkiyə Superliqasının VIII turunda "Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni 0:1 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, gərgin keçən qarşılaşmada İstanbul təmsilçisi qələbə qolunu oyunun son dəqiqələrində vurub.
Matçın 89-cu dəqiqəsində meydan sahiblərinin qapıçısı İrfan Can Eğribayat avtoqola imza atıb. Bu qol "Qalatasaray"a qələbə qazandırıb.
Çətin qələbədən sonra xallarının sayını 19-a çatdıran "Qalatasaray" turnir cədvəlində liderliyini möhkəmləndirib.
Qaynar xətt:
(055) 224 12 12