“Mercedes” komandasının pilotu Luis Hamilton “Formula-1” ABŞ Qran-prisinin qalibi olub.
Oxu.Az xəbər verir ki, britaniyalı “Formula-1” yarışının sayca 18-ci mərhələsini hamıdan tez başa vurub (1.34,999).
İkinci yaxşı nəticəni Hamiltonun komanda yoldaşı Niko Rosberq tutub. Üçüncü pillədə isə “Red Bull” komandasının pilotu Daniel Rikkardo qərarlaşıb.
Bununla da, Hamiltonun Qran-prilərdə qazandığı yarışların sayı 50-yə çatıb. Növbəti Qran-pri oktyabrın 28-dən 30-na kimi Meksikada keçiriləcək.
E.Ə.
www.oxu.az