Təmsilçimiz "Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İsrailin "Hapoel Beer-Şeva" klubuna qarşı keçirəcəyi ilk matçın hakim təyinatları bəlli olub.
Oxu.Az xəbər verir ki, bu qarşılaşmada ədaləti italiyalı tanınmış FIFA referisi Davide Massa qoruyacaq.
Baş hakimə onun həmyerliləri Filippo Meli və Alessio Berti laynsman qismində dəstək verəcəklər.
Matçda dördüncü hakim funksiyasını Matteo Marcenaro icra edəcək. VAR-da Marco Di Bello, AVAR-da isə Valerio Marini oturacaq.
Qeyd edək ki, Buxarest şəhərində yerləşən "Stadionul Giulești" arenasında baş tutacaq qarşılaşma avqustun 19-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.