Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Harri Keyn Almaniya Bundesliqasında mövsümün ən yaxşı futbolçusu seçildi
"Bavariya"nın hücumçusu Harri Keyn Bundesliqada ötən mövsümün ən yaxşı futbolçusu seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
"Bundesliqada mövsümün oyunçusu seçilmək çox gözəl hissdir. Mən bununla fəxr edirəm, çünki bu liqada böyük rəqabət var. Mükafatı çempion olduğumuz ildə almaq onu daha da xüsusi edir. Bu mənim üçün çox şey deməkdir.
Kluba, komanda yoldaşlarıma və komandanın heyətinə xüsusi təşəkkürümü bildirmək istəyirəm ki, onlarsız bu mümkün olmayacaqdı. Biz bütün mövsüm çox çalışdıq, ona görə də indi bundan həzz alacağam. Bu kimi mükafatlar əlavə bonusdur", - deyə Keyn bildirib.
Bundesliqanın başa çatan mövsümündə 31 yaşlı futbolçu 31 matçda 26 qol vuraraq turnirin bombardiri olub.
"Harri Keyn" teqi üzrə xəbərlər
- Harri Keyn İngiltərə millisinin heyətində yeni rekorda imza atıb
- UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli oldu
- UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
- Harri Keyn adını UEFA Çempionlar Liqasının tarixinə yazdırdı
- Harri Keyn heç kimin bacarmadığını etdi