Azərbaycanlı üzgüçü III MDB Oyunlarında bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, 1 500 metr məsafəyə sərbəst üsulla üzmədə Anastasiya Qnussina üçüncü yerə sahib çıxıb.
Rusiyalı Anastasiya Çernışova birinci, onun həmyerlisi Valeriya Brazniçenko ikinci olub.
Qeyd edək ki, bu gün Süleyman İsmayılzadə 400 metr məsafəyə sərbəst üsulla üzmədə qızıl medal qazanıb.
