Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ikinci matçında "Şəfa" "İmişli"ni qəbul edib.
Qarşılaşma bölgə təmsilçisinin səfər qələbəsi ilə yekunlaşıb - 0:1.
55-ci dəqiqədə Seyxan Fərəcov fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "İmişli" dördüncü pilləyə yüksəlib. "Şəfa" 3 xalla 7-ci sıradadır.
Günün ilk görüşündə "Qəbələ" evdə "Şamaxı" ilə heç-heçə edib - 0:0.
Xatırladaq ki, turun digər matçları 30-31 avqustda keçiriləcək.
Qaynar xətt:
(055) 224 12 12