Misli Premyer Liqasında III tura start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günü üçün nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.
Belə ki, "Şamaxı" "Qəbələ"nin qonağı olub.
Qəbələ şəhər stadionundakı qarşılaşma qolsuz başa çatıb.
Bu nəticədən sonra "Şamaxı" iki xalla 7-ci, meydan sahibləri bir xalla 10-cu pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Şəfa" "İmişli"ni qəbul edəcək.
Xatırladaq ki, turun digər matçları 30-31 avqustda baş tutacaq.
Qaynar xətt:
(055) 224 12 12