Futbol üzrə İngiltərə yığmasının oyunçularına dünya çempionatında Meksika millisinə qarşı keçiriləcək 1/8 final matçından əvvəl "Viaqra" qəbul etməyə icazə verilib.
Oxu.Az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.
Qeyd edək ki, oyun dəniz səviyyəsindən 2 240 metr yüksəklikdə keçiriləcək. "Viaqra"nın tərkibində olan sildenafil maddəsi ağciyərlərdə damarları genişləndirərək oksigen qəbulunu yaxşılaşdıra və oyunçuların dözümlülüyünü artıra bilər. Ümumdünya Antidopinq Agentliyi (WADA) bu preparatı qadağan olunmuş maddələr siyahısına daxil etməyib.
Meksika və İngiltərə yığmaları iyulun 6-da qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 04:00-da başlayacaq. Bununla belə, Mexikoda keçirilməsi planlaşdırılan oyun kəskin hava şəraiti ilə daha erkən saatlara keçirilə bilər.