Amerikalı pop ulduzu Teylor Svift və amerikalı futbolçu (NFL) Trevis Kelsinin evləndiyi, hazırda isə min nəfərlik möhtəşəm toy şənliyinə hazırlaşdıqları iddia olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "Page Six" mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hər ikisi 36 yaşında olan cütlük yalnız çox yaxın insanların iştirak etdiyi kiçik mərasimdə nikah andı içib. Mərasimin harada və nə vaxt keçirildiyi açıqlanmır.
Bununla belə, nəşr qeyd edir ki, Nyu-York ştatında nikah şəhadətnamələri ictimaiyyətə açıqlanmır. Lakin Manhetten meriyasının təhlükəsizlik xidmətinin əməkdaşları jurnalistlərə bildiriblər ki, son günlər belə sənədin verilməsinə dair heç bir məlumat yoxdur.
Nəşrin digər mənbəsi isə toy mərasiminin Tennessi ştatında keçirilə biləcəyini iddia edib.
Bu arada Nyu-Yorkda yerləşən "Madison Square Garden" arenasında möhtəşəm bayram tədbirinə hazırlıq gedir. "Page Six" yazır ki, cütlük iyulun 2-də təxminən 100 nəfərlik tədbir keçirib, iyunun 3-ü axşam saatlarına isə 1 000 qonağın iştirak edəcəyi daha böyük mərasim planlaşdırılıb.
Arena yaxınlığında aktyorlar Bredli Kuper və Lena Danem, idman şərhçisi Erin Endryus, musiqi prodüseri Cek Antonoff da daxil olmaqla bir sıra tanınmış simalar görüntüləniblər. Girişdə isə ciddi məxfilik qaydaları barədə xəbərdarlıq lövhəsi quraşdırılıb.
"Reuters"in məlumatına görə, Svift və Kelsi Nyu-York və digər şəhərlərdə fəaliyyət göstərən bir neçə xeyriyyə təşkilatına 26 milyon dollar ianə ediblər.
Teylor Svift və Trevis Kelsi 2023-cü ildən münasibətdrilər. Müğənni həmin ildən etibarən sevgilisinin oyunlarında müntəzəm görünməyə başlamışdı. 2025-ci ilin avqustunda isə o, Kelsi ilə nişanlandığını açıqlamışdı.