Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İngiltərə Premyer Liqası: "Mançester Siti" qələbə həsrətinə son qoya bilmədi
İngiltərə Premyer Liqasının 18-ci turunda son çempion "Mançester Siti" "Everton"u sınağa çəkib.
Oxu.Az xəbər verir ki, qarşılaşma Mançester şəhərindəki "Etihad" stadionunda baş tutub.
14-cü dəqiqədə "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva hesabı açıb. 36-cı dəqiqədə "Everton"un cavab qolunu hücumçu İliman Ndiaye vurub. 53-cü dəqiqədə isə meydan sahiblərinin hücumçusu Erlinq Holand penaltini yerinə yetirə bilməyib, zərbəni qapıçı Cordan Pikford qaytarıb. Beləliklə də, matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, son 5 oyunda qələbəyə həsrət qalan "şəhərlilər" hazırda 28 xalla 6-cı pillədə qərarlaşıblar. "Everton" isə 17 xalla 15-ci sıradadır.
"Mançester Siti FK" teqi üzrə xəbərlər
- Serxio Aquero "Mançester Siti"yə görə 10 min dollar ziyana düşdü
- Qvardiola "Mançester Siti"nin "Real"a məğlubiyyətinin səbəblərini açıqladı
- Aqueronun vədi başına bəla oldu: Azarkeşlər qayçı ilə şəklini paylaşırlar
- Pep Qvardiola antirekordunu TƏKRARLADI
- Çempionlar Liqası: "Mançester Siti" - "Real Madrid" oyununda 5 qol vuruldu
Rəylər