Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İngiltərə Premyer Liqası: "Mançester Siti" qələbə həsrətinə son qoydu
İngiltərə Premyer Liqasının 19-cu turunun "Lester" - "Mançester Siti" oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, "Kinq Pauer" stadionunda baş tutan qarşılaşmada qonaqlar 0:2 hesabı ilə qalib gəliblər.
21-ci dəqiqədə "Mançester Siti"nin hücumçusu Savio "Lester"in müdafiə xətasından sonra hesabı açıb. 74-cü dəqiqədə isə Holand Savionun ötürməsindən fərqlənib.
Hazırda "Lester" turnir cədvəlində 18-ci yerdədir. Komanda 19 oyundan 14 xal toplayıb. Beş oyundan sonra qələbə həsrətinə son qoyan "Mançester Siti" isə 31 xalla 5-cidir. Çempionata 17 oyundan 42 xalı olan "Liverpul" başçılıq edir.
"Mançester Siti FK" teqi üzrə xəbərlər
- Cek Qriliş "Mançester Siti"dən ayrılır: Maaşının xeyli azalmasına da razıdır
- "Real Madrid" daha bir rekorda imza atıb
- Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü
- Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunlarının ən yaxşıları bəlli olub
- PSJ - "Brest" oyununda 7, "Real Madrid" - "Mançester Siti" matçında isə 4 qol vuruldu
Ən çox oxunanlar