Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gələn ildən dəmir yolu ilə daşımalarda yeni güzəştlər tətbiq olunacaq
2025-ci il yanvarın 1-dən etibarən xarici avtonəqliyyat vasitələri ilə dəmir yolu ilə daşınan yüklər 2 il müddətinə yol vergisindən azad olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bu, Azərbaycan Respublikası ərazisindəki Nazirlər Kabinetinin müəyyən etdiyi son dəmir yolu stansiyasında xarici avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda və xarici avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki Nazirlər Kabinetinin müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda şamil edilir.
Vergi Məcəlləsinə edilən dəyişikliklərin tətbiqi ilə bağlı qaydaların təsdiq edilməsi Nazirlər Kabinetinə tapşırılıb.
Bu vergi güzəştləri xarici avtonəqliyyat vasitələri və dəmir yolu ilə daşımalar arasında inteqrasiyanı stimullaşdıraraq ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərəcək, nəqliyyat sektorunda daha sürətli və səmərəli daşımaların təmin edilməsinə, beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin gücləndirilməsinə kömək edəcək.
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, xarici dövlətlərin Azərbaycan ərazisinə daxil olan, Azərbaycan ərazisindən tranzit keçən və Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələri, oxlarının sayından, ölkə ərazisində qaldığı müddətdən və yüklə birlikdə ümumi çəkisindən asılı olaraq, müəyyən edilmiş dərəcələrlə yol vergisinə cəlb edilirdilər.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Novruz bayramı ərəfəsində qiymətlər dəyişəcək - İqtisadçıdan AÇIQLAMA
- Məqsədli proqramların həyata keçirilməsi qaydası təsdiq olunub
- Kvotadan əlavə iş yerlərinin yaradılması qaydası təsdiqlənib
- Azərbaycanda elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik olunub
- Magistral boru kəmərləri, nəqliyyat infrastrukturu obyektlərinin hüdudları dəyişdiriləcək