İrlandiyada futbol üzrə gənclər arasında ölkə çempionatı zamanı faciə baş verib.
Oxu.Az-ın BBC-yə istinadən məlumatına görə, “Şenburn” və “Sent-Kevin Boyz” komandaları arasında keçirilən görüş zamanı meydan sahiblərinin 16 yaşlı futbolçusu İzzi Dezu ölüb.
İzzin matç zamanı qəflətən huşunu itirərək yerə yıxılıb. Futbolçu xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
S.B.
www.oxu.az