İslandiyalı şərhçi ölkə yığmasının Avropa çempionatının qrup mərhələsində avstriyalıların qapısına vurduğu ikinci qola həddən artıq emosional rekasiya verib. Bu qolun sayəsində İslandiya qələbə qazanıb və tarixdə ilk dəfə pley-off mərhələsinə qalxıb.
Oxu.Az xəbər verir ki, görüş iyunun 22-də Parisin ətrafında Sen-Denidə yerləşən “Stad de Frans” stadionunda baş tutub və 2:1 hesabla İslandiyanın qələbəsi ilə başa çatıb.
Hesab 18-ci dəqiqədə açılıb, dəqiq zərbəni Yon Dadi Bodvarsson vurub. Avstriyalılar 60-cı dəqiqədə hesabı bərabərləşdiriblər, qolun müəllifi Alessandro Şepf olub. Həlledici qol 94-cü dəqiqədə vurulub. İslandiya yığmasına həlledici qolu Arnor İnqvi Traustason gətirib.