41-ci turda səfərdə "Burgos"u 3:2 hesabı ilə məğlub edərək 76 xal toplayan "Levante" mövsümün bitməsinə bir tur qalmış artıq ikinci yerdən aşağı düşməyəcəyini təmin edib.
Oxu.Az xəbər verir ki, Valensiya təmsilçisi növbəti mövsüm üçün La Liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, "Levante" üç il Sequndada oynadıqdan sonra elitaya qayıdır.