İtaliya A Seriyasının 5-ci turu çərçivəsində keçirilən "Kalyari" - "İnter" oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, qonaq komanda 0:2 hesablı qələbə qazanıb.
Oyunda ilk qolu 9-cu dəqiqədə "İnter"in hücumçusu Lautaro Martines vurub. 82-ci dəqiqədə Françesko Espozito hesabda fərqi ikiyə çatdırıb.
"İnter" bu mövsümdə xalını 9-a çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. "Kalyari"nin 7 xalı var və hazırda A Seriyasında 9-cu yerdədir.
İtaliya A Seriyası: "İnter" səfərdə "Kalyari"ni məğlub etdi