Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İtaliya A Seriyası: "Yuventus" 4 dəqiqəyə geridönüş etdi
İtaliya A Seriyasında 23-cü turun matçları oynanılır.
Oxu.Az xəbər verir ki, "Empoli"ni qəbul edən "Yuventus" ilk hissədə rəqibi qarşısında çətin anlar yaşayıb.
Birinci 45 dəqiqəni minimal hesablı məğlubiyyətlə başa vuran "Qoca sinyora" ikinci hissədə geridönüş etməyi və 3 xalı qazanmağı bacarıb. Kolo-Muani 4 dəqiqə fasilə ilə (61 və 64-cü dəqiqələrdə) dubla imza atıb.
84-cü dəqiqədə qonaqlar azlıqda qalıblar. Say üstünlüyündən istifadə edən ev sahibləri daha 2 dəfə fərqləniblər. 90-cı dəqiqədə Vlahoviç, 2 dəqiqə sonra isə Konseysau matçda son nöqtəni qoyub - 4:1.
Bu nəticədən sonra "Yuventus" 40 xalla turnir cədvəlində 4-cüdür. "Empoli" isə 21 xalla 17-ci yeri tutur.
"Yuventus FK" teqi üzrə xəbərlər
- A Seriyası: "Yuventus" - "İnter" matçının qalibi bəlli oldu
- Pol Poqbanı istəyən klub transferdən son anda imtina etdi
- "Ayaks" klubunun futbolçusu cəzalandırıldı
- Çempionlar Liqası: "Yuventus" evdə, "Borussiya" səfərdə qalib gəldi
- Bu gün keçiriləcək ÇL-in pley-off oyunlarını hansı kanallardan izləmək olar?